Xəbərlər
Fransa Respublikasının Prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri başa çatmışdır
Mayın 12-də Fransa Respublikasının Prezidenti Fransua Ollandın Azərbaycan Respublikasına rəsmi səfəri başa çatmışdır.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fransa Respublikasının Prezidenti Fransua Ollandı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.