YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Britaniya hökuməti qondarma “Dağlıq Qarabağ respublikası”nı və onun “məhkəməsi”ni tanımır

Britaniya parlamentində lord Con Teylor Kilkluninin sualını cavablandıran bu ölkənin Xarici İşlər Nazirliyinin dövlət məsələləri üzrə naziri Baronessa Anelay deyib ki, Böyük Britaniya hökuməti qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır.
lord Kilkluninin sualı işğal olunmuş Azərbaycan torpaqlarında qohumlarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş iki azərbaycanlı mülki şəxsin - Şahbaz Quliyevin və Dilqəm Əsgərovun taleyi ilə bağlı olub.
Baronessa Anelay vurğulayıb ki, Britaniya hökuməti “Dağlıq Qarabağ respublikası” nı tanımamaqla yanaşı, sualda qeyd edilən “məhkəmə icraatının hüquqi bazası”nı da tanımır.
Dövlət məsələləri üzrə nazir Böyük Britaniya hökumətinin həmin girovların taleyi məsələsini Beynəlxalq Qırmızı Xaç Komitəsi qarşısında da qaldırdığını söyləyib.