YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: Azərbaycanda gənclər siyasəti davamlı şəkildə həyata keçirilir

«Azərbaycanda gənclər siyasəti davamlı şəkildə həyata keçirilir. Bu, hər zaman dövlətin diqqətin mərkəzindədir». Bu fikirləri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncam da bunu bir daha təsdiq etdi. Onun sözlərinə görə,  gənclərə göstərilən diqqət ildən ilə artmaqdadır.

«Fərdi və yaxud təşkilatlanmış gənclər bu qayğını hər zaman hiss edirlər. Xüsusilə,  ötən il Azərbaycan gənclərinin aktivliyi ilə yadda qaldı. Belə ki, gənclər və yaxud gənclər təşkilatları yeni-yeni layihələrlə çıxış etdilər. Düşünürəm ki, gənclər sektorunda həyata keçirilən sistemli siyasət gənclərdə məsuliyyəti bir qədər də artırır. Gənclər ölkənin gələcəyi sayılırlar. Hər bir şəxs əlindən gələni etməlidir ki, bu missiya layiqincə həyata keçirilsin»- deyə, Ş.İsmayılov qeyd edib.