YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası “YAŞAT” Fonduna 100 min manat vəsait köçürdü

Yeni Azərbaycan Partiyası işğal altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” Fonduna 100 min manat məbləğində vəsait ödənilməsi barədə qərar qəbul edib.

Yeni Azərbaycan Partiyası, şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində təşəbbüslərin reallaşdırılması kimi xeyirxah və nəcib məqsədlərlə yaradılmış Fondun dəstəklənməsini hər kəsin mənəvi borcu hesab edərək, partiyanın bütün yerli strukturlarına və üzvlərinə bu Fonda dəstək göstərilməsini tövsiyyə etmişdir.