YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan əsas tikinti materialları ilə özünü demək olar ki, təmin edir

Son vaxtlar sürətlə inkişaf edən sənaye sektorumuz imkan verir ki, biz özümüzü tikinti materialları ilə də təmin edək. Tikinti materialları ilə də bağlı çox gözəl mənzərə yaranmışdır.
Bu fikri Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində bildirib.
Dövlətimizin başçısı vurğulayıb ki, sürətli inkişafın getdiyi Azərbaycanda iqtisadiyyatın hərəkətverici qüvvəsi ixrac potensialımız olacaq. Ancaq respublikamız ixrac bazarları da əldə etməlidir. “İndi bazarlar uğrunda mübarizə gedir. Böyük dövlətlər, böyük sənaye potensialına, əlaqələrə, təsir gücünə malik olan ölkələr bütün mövcud bazarları əldə ediblər. Onlar bir çox hallarda siyasi nüfuzdan istifadə edərək digər ölkələrin bazarlarına öz məhsulları ilə çıxırlar və düz də edirlər. Biz də bunu edirik və etməliyik. Siyasi hakimiyyət biznesi dəstəkləməlidir. Azərbaycan dövləti də, biz də dəstəkləyirik. Sənaye məhsullarının istehsalında, ilk növbədə, iş adamları yeni bazarlara çıxmalıdırlar. Mən bunu dəfələrlə demişəm, xaricdə fəaliyyət göstərən səfirlərlə görüşlərdə onlara da tapşırmışam, gedin, çalışdığınız ölkələrdə Azərbaycan biznesi üçün şərait yaradın ki, gəlsinlər, öz ixrac məhsulları ilə o bazarlara girsinlər”.
Ölkədə istehsal olunan tikinti materialları ilə bağlı statistik rəqəmlərə toxunan Prezident İlham Əliyev Azərbaycanın özünü demək olar ki, əsas tikinti materialları ilə təmin etdiyini diqqətə çatdırıb.

 

DİGƏR Xəbərlər Arxiv