YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” adlı yeni elektron layihə təqdim edilib

Yanvarın 28-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” adlı yeni elektron layihənin təqdimatı olub.
Təqdimat mərasimində kitabxananın direktoru Mayıl Əhmədov qəsbkar ermənilərin zaman-zaman işğalçılıq siyasəti aparmasından, torpaqlarımızda törətdikləri vəhşiliklərdən danışıb.
Daha sonra M.Əhmədov yeni elektron layihə barədə məlumat verib.
Digər çıxış edənlər də məkrli erməni siyasəti nəticəsində tarixdə baş vermiş qanlı cinayətlərdən söz açıblar.