YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Berlində ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar, ölkəmizin Almaniyadakı səfirliyində tədbir keçirilib.

Tədbirdə çıxış edən səfir Ramin Həsənov Ulu Öndərin müasir Azərbaycan dövlətçiliyinin qurulması və gücləndirilməsində müstəsna xidmətlərindən geniş söhbət açıb. Bu siyasətin Azərbaycanı regionun lider dövlətinə çevirdiyini qeyd edən səfir vurğulayıb ki, Ulu Öndərin əsasını qoyduğu bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və nəticədə ölkəmizin Vətən müharibəsində möhtəşəm zəfər çalmasında mühüm rol oynayıb.

Tədbirdə ulu öndər Heydər Əliyevin səfirlikdəki büstü önünə gül dəstəsi qoyulub və onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.