YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Britaniya parlamentinin Azərbaycan Qrupu ölkəmizin mövqeyini dəstəkləyən bəyanatla çıxış edib

Britaniya parlamentinin Azərbaycan Qrupunun sədri Bob Blekmen qrup adından bəyanatla çıxış edib.

Bəyanat dekabrın 8-də parlamentin Ermənistan Qrupunun üzvlərinin iştirakı ilə keçirilmiş müzakirələr zamanı Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini təhrif edən fikirlərinə cavab kimi yayılıb.

Qrupun sədri Blekmen bildirib ki, Ermənistan Qrupunun üzvləri “Vestminster Holl” formatında keçirilmiş müzakirələrdə Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti barədə təhrif olunmuş və məlumatsız müahizələr səsləndirib. Həmkarlarımızın regionda sülhə dair qayğılarını bölüşürük, lakin müzakirələr zamanı son 30 ildə yüz minlərlə azərbaycanlı məcburi köçkünün yaşadığı humanitar faciədən danışılmayıb. Bu baxımdan, həmkarlarımızı bu yaxınlarda Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə həmin köçkünlərin öz evlərinə qayıda biləcəkləri barədə xoş xəbərləri alqışlamağa çağırırıq.

Bəyanatda qeyd edilib ki, aparılan müzakirələr zamanı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı, yüz minlərlə azərbaycanlı mülki şəxsin Dağlıq Qarabağ və ətraf rayonlardan zorla çıxarılması, ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında isə bircə kəlmə də deyilməməsi, sadəcə, olaraq təəssüf doğurur. Həmçinin vurğulanıb ki, Azərbaycan özünün Dağlıq Qarabağ bölgəsindəki etnik erməniləri tamhüquqlu vətəndaşları kimi qəbul etməyə hazır olduğunu təsdiqləyib və ölkənin qalan hissəsi ilə yenidən siyasi, iqtisadi və sosial inteqrasiyanı təmin etmək üçün lazımi imkanlar yaradılacaq. Bəyanatda vurğulanıb ki, Böyük Britaniya hökuməti də öz növbəsində, münaqişə ilə əlaqədar prinsipial və konstruktiv mövqe nümayiş etdirib və bu baxımdan, hökumətin sülhü dəstəkləyən səyləri Cənubi Qafqazda davamlı sülh və firavanlığın təmin olunmasına töhfə verəcək.