YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağdaş rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans keçirilib

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında  Ulu Öndərimiz Heydər Əliyevin anım gününə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, müasirlik və gələcək inkişaf perspektivləri” adlı onlayn formatda elmi konfrans keçirilib.

Əvvəlcə tədbirdə  Ulu Öndərmizin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən YAP Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edib. O qeyd edib ki, müasir müstəqil Azərbaycanın inkişafının təməlində məhz Heydər Əliyev siyasəti dayanır, ölkəmiz Ulu Öndərimizin müəyyənləşdirdiyi strategiya əsasında inkişaf edir. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir.

Tədbirdə həmçinin, rayon təşkilatı Qadınlar Şurasının sədri Tənzilə Şıxıyeva və Şura üzvü Azad Gözəlov çıxış edərək Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıblar. Qeyd olunub ki, əbədiyaşar liderimiz Heydər Əliyevin əziz xatirəsi daim xalqımız tərəfindən uca tutulur.