YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi Zəfər münasibətilə Azərbaycan paytaxtında atəşfəşanlıq olub

Vətən müharibəsində qazanılmış tarixi Zəfər münasibətilə dekabrın 10-u axşamı Dənizkənarı Milli Parkda atəşfəşanlıq olub.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş atəşfəşanlıq paytaxt səmasını, Xəzərin sularını al-əlvan rənglərlə işıqlandırıb.

Qeyd edək ki, bu gün Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdikləri möhtəşəm paradda Azərbaycan hərbçilərinin və Türk əsgərlərinin keçidi olub. Həmçinin 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilib.