YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər naziri Krakovda İsrailin milli infrastruktur, enerji və su təchizatı naziri ilə görüşüb

Osvensimin azad olunmasının 70 illiyi ilə bağlı anma mərasimində iştirak etmək üçün Polşanın Krakov şəhərində səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 27-də İsrailin milli infrastruktur, enerji və su təchizatı naziri Silvan Şalon ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə iki ölkə arasındakı əlaqələrin mövcud inkişafından məmnunluq ifadə olunub.
Söhbət zamanı iqtisadi əlaqələrin inkişaf etdirilməsi və su təchizatı, səhralaşmanın qarşısının alınması istiqamətində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Silvan Şalon Azərbaycanın Osvensimin azad edilməsinin 70 illiyinə həsr olunan anma mərasimində iştirakının yüksək qiymətləndirildiyini qeyd edib, buna görə təşəkkürünü bildirib.

 

DİGƏR Xəbərlər Arxiv