YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ettore Rosato: Biz İtaliya-Azərbaycan dostluğunu daha da gücləndirmək, münasibətlərimizi daha da şaxələndirmək istəyirik

Azərbaycan üçün olduqca xüsusi əhəmiyyət kəsb edən belə bir dövrdə burada olmaqdan məmnunluq hissi duyuruq. Sizə olan dostluq hisslərimizi ifadə etmək üçün əslində, bu səfərə çoxdan hazırlaşırdıq.

İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosato bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı söyləyib.

“Dedik ki, belə bir əhəmiyyətli dövrdə biz mütləq Sizin ölkənizə gəlməliyik. Zati-aliləri, Sizin də söylədiyiniz kimi, bizim aramızdakı dostluq, onun əlamətləri son illərdə xüsusi olaraq öz təzahürünü tapıb. Əslində, ölkələrimiz arasındakı səfərlərə gəldikdə, bu səfərlər çox yüksək səviyyədə təşkil olunmuşdur. İtaliya Respublikası Prezidentinin Sizin ölkənizə rəsmi səfəri münasibətlərimizin inkişafında çox mühüm bir addıma çevrildi. Sizin də Romaya etdiyiniz dövlət səfəri də bizim tərəfimizdən strateji əhəmiyyət kəsb edən bir hadisə kimi qəbul olunur. Biz də Sizə dost olaraq bilirik ki, səfər çərçivəsində bir çox razılaşmalar və xüsusən də, strateji tərəfdaşlıq haqqında mühüm sənəd imzalanıb. Əslində, bunlar elə sazişlərdir ki, onlarda çox konkret öhdəliklər və olduqca vacib mahiyyət əks olunub”, - deyə italiyalı qonaq vurğulayıb.

Azərbaycanın İtaliya üçün enerji daşıyıcılarının ilk ixracatçısı olduğunu bildirən Ettore Rosato deyib: “Belə bir keşməkeşli vaxtlarda enerji təhlükəsizliyini etimad göstərib o ölkəyə həvalə edə bilirik ki, o ölkə ilə həqiqətən dostluq münasibətləri olsun. Biz bu dostluğu daha da gücləndirmək istəyirik və münasibətlərimizi daha da şaxələndirmək fikrindəyik.