YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ABŞ-a yola düşüb

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev cari ilin 26-31 yanvar tarixlərində ABŞ-da səfərdə olacaq.

Məlumata görə, Azərbaycan dövlətinin həyata keçirdiyi mədəniyyətlər və sivilizasiyalararası dialoq siyasətini və təcrübəsini beynəlxalq aləmdə təbliğ etmək məqsədilə nazirlik, YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı və Dünya Turizm Təşkilatının birgə təşkilatçılığı ilə 2015-ci ilin 27 yanvar tarixində BMT-nin Baş Qərargahında, 28 yanvar tarixində isə ABŞ-da fəaliyyət göstərən Etnik Anlaşma Fondu ilə Nyu-York şəhərində "Bakı prosesi" və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimləri təşkil ediləcək.

3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Beynəlxalq işçi qrupunun iclası da keçiriləcək tədbirlər sırasında yer alır.

Bununla yanaşı, səfər çərçivəsində Ə.Qarayevin BMT-nin baş katibi Pan Gi Mun və onun Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Əl-Nasser, eləcə də Etnik Anlaşma Fondunun rəhbəri Ravvin Mark Şnayr, Bruklin şəhərinin meri Erik Adams və digər yüksəksəviyyəli şəxslərlə ikitərəfli görüşlərinin keçirilməsi planşlaşdırılır.

Məlum olduğu kimi, 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu cari ilin 18-19 may tarixində Bakıda keçiriləcək. Azərbaycan dövlətinin beynəlxalq layihəsi olan forum YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO kimi beynəlxalq təşkilatların tərəfdaşlığı ilə təşkil olunur.