YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Xalqımız Fransa Senatının bu qətnaməni müzakirəyə çıxarmaqdan imtina edəcəyinə ümid edir

“Bir qrup ermənipərəst, anti-türk və anti-azərbaycan əhval- ruhiyyəli senator tərəfindən təklif edilən və Fransa Senatının Rəyasətində “Dağlıq Qarabağ Respublikasının tanınmasının labüdlüyü” adlı qətnamə layihəsinin qəbul edilərək Plenara ötürülməsi Azərbaycan Respublikasının beynəlxalq səviyyədə o cümlədən elə Fransa Respublikasının özü tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq hörmətsizlik deməkdir”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Rauf Əliyev bildirib ki, bu sənədin qəbul edilməsi BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli və işğal edilmiş Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi məlum 4 qətnamənin heçə sayılmasıdır, nəzərə alsaq ki, bu 4 qətnamənin qəbul edilməsinə Fransa da səs vermişdir, Senatın bu addımı öz-özünü inkar deməkdir. Sənəd Fransada fəaliyyət göstərən erməni lobbisi və ermənipərəst qüvvələrin Senata təzyiq və təsirinin nəticəsidir.

“ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətlərindən biri olaraq Fransanın Senatı tərəfindən belə qərəzli mövqe nümayiş etdirməsi qəbuledilməzdir. Fransa münaqişənin həllinındə Türkiyə və Rusiyanın təşəbbüsü ələ almalarından, ön plana çıxmasından və özünün kənarda qalmasından narazı və harahatdır. Fransa həmsədr ölkə kimi münaqişə tərəflərinə yanaşmada tərəfsizliyini və qərəsiz mövqe sərgiləmək əvəzinə birmənalı şəkildə Ermənistanın yanındadır. Bu qəbul edilməzdir. Azərbaycan dövləti və xalqı Fransa Senatının bu qətnaməni müzakirəyə çıxarmaqdan imtina edəcəyinə ümid edir”-deyə, deputat qeyd edib.