Xəbərlər
İranın iqtisadiyyat və maliyyə naziri Azərbaycana səfər edəcək
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/513b5d64d48acb72aab554c6c9479b4e.jpg&w=360)
İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Əli Təyyibniyanın Bakıya səfərinin vaxtı açıqlanıb. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Ə.Təyyibniya Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəsmi dəvəti ilə Bakıya yanvarın 28-də səfər edəcək.
Səfər zamanı tərəflər arasında iqtisadi əlaqələrin inkişafı məsələsi müzakirə olunacaq.
Qeyd edək ki, bundan öncə iranlı nazirin yanvarın üçüncü ongünlüyündə Bakıya səfər edəcəyi ilə bağlı məlumat verilmişdi.