YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: İqtisadiyyat sahəsində əldə olunan uğurlar imkan verir ki, idmanın inkişafına daimi dövlət qayğısı həyata keçirilsin

«Ulu öndər Heydər Əliyevin başladığı və Onun layiqli davamçısı  Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan düşünülmüş siyasət Azərbaycanda idmanın kütləviliyini təmin etmiş, ölkəmizin idman şöhrətini yüksəklərə qaldırmışdır». Bu fikirləri yap.org.az saytına Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, son on il əzrində Azərbaycanda 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbirləri yüksək səviyyədə keçirilmişdir. Onun sözlərinə görə, bu tədbirlərin, o cümlədən, bir çox idman növləri üzrə dünya və Avropa çempinatlarının Bakı şəhərində təşkilinin ənənəvi hal alması, Azərbaycanda yüksək səviyyədə yarışların keçirilməsi Olimpiya ailəsində inam yaratmışdır.

«Bu, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən misli görünməmiş sosial-iqtisadi inkişafın, o cümlədən idman və Olimpiya hərəkatı sahəsində görülmüş işlərin bariz nümunəsi, ölkəmizin uğurlu inkişafının göstəricisidir. Azərbaycan dünyada dinamik inkişaf edən, müasir, gənc ölkə kimi tanınır. Azərbaycanda iqtisadi sahədə müşahidə olunan inkişafın dünyada analoqu yoxdur. İqtisadiyyat sahəsində əldə olunan uğurlar imkan verir ki, idmanın inkişafına daimi dövlət qayğısı həyata keçirilsin»- deyə, R.Əliyev qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv