YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqroyva təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqroyva, bu ölkənin milli bayramı – Avstraliya günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Bu gün Azərbaycan-Avstraliya münasibətləri yeni inkişaf mərhələsinə daxil olmuşdur. Ölkələrimiz arasında intensivləşən siyasi əlaqələr iqtisadi və humanitar sahələrdə əməkdaşlığımızın genişlənməsi üçün yaxşı imkanlar açmışdır. Ümidvaram ki, Azərbaycan ilə Avstraliya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.”




 

DİGƏR Xəbərlər Arxiv