Xəbərlər
Ötən il tikinti-quraşdırma işlərinə 17 milyard manatdan çox vəsait xərclənib

Ötən il ölkədə iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17 milyard 615,8 milyon manat həcmində vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, həmin vəsaitin 75,4 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə xərclənib.
Əvvəlki illə müqayisədə tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmində 11,8 faiz artım müşahidə olunub.