YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Laçın rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümü münasibəti ilə videokonfrans keçirilib

YAP  Laçın rayon təşkilatında Yeni Azərbaycan Partiyasının  yaradılmasının 28-ci ildönümü münasibəti ilə videokonfrans keçirilib.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov əvvəlcə Vətən müharibəsində qazanılan şanlı qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib, şəhidlərimizə Allahdan rəhmət diləyib.
Təşkilat sədri qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 1992-ci ilin noyabrın 21-də Naxçıvanda  Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə təsis  konfransı keçirildi.

Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın proqram və nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən  və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
Tədbirdə digər çıxış edən natiqlər də partiyamızın keçdiyi inkişaf yolundan bəhs ediblər.