YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü münasibəti ilə tədbir keçirib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü münasibəti ilə “Böyük Qələbəyə gedən yolda Yeni Azərbaycan Partiyasının rolu və əhəmiyyəti” mövsuzunda ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı  ilə videokonfrans formatında tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev ilk öncə Vətənimizin azadlığı uğrunda gedən müharibədə möhtəşəm qələbə qazanılması və Yeni Azərbaycan Partiyasının yaranmasının 28 ilinin qeyd olunması münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. O, Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, həmin dövrlərdəki ziddiyyətli siyasi proseslərdən bəhs edib. T.Tağıyev deyib ki, belə bir şəraitdə xalq ağır vəziyyətdən çıxış yolu kimi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasını görürdü.

Təşkilat sədri, həmçinin  sentyabrın 27-dən etibarən başlayan rəşadətli ordumuzun əks-hücum əməliyyatları nəticəsində Azərbaycanın öz hərbi qüdrətini göstərdiyini diqqətə çatdırıb. T.Tağıyev söyləyib ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə cəmi 44 gün davam edən Vətən müharibəsi işğalçı erməni ordusu darmadağın edildi. Bununla da, böyük qələbəyə imza atıldı.

Sonra tədbir iştirakçılarından YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, Avrasiya Universitetinin prorektoru Şəfaət Avılbəyli, Bakı Humanitar Kollecinin direktor müavini Rasim Rzaxanov, ərazi ilk partiya təşkilatlarının sədrləri- Maarif Əhmədov, Ağaəli Hüseynov, Azər Əbilov, Əli Məmmədov, Anar Hacıyev, YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Nərminə Yunusova və sədr müavinləri Vüsal Əliyev, Tamerlan Əkbərov çıxış edərək, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan bəhs ediblər.

Natiqlər həmçinin Yeni Azərbaycan Partiyasının Sədri, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun igidliyi sayəsində qazanılmış böyük qələbəyə gedən yoldan danışıblar. Qeyd olunub ki, xalqın alternativsiz lideri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bundan sonra da yüksək nailiyyətlərə imza atacaq.

DİGƏR Xəbərlər Arxiv