YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa İttifaqı 28 illik qəflət yuxusundan oyanıb

Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qələbəsindən sonra Avropa “çox tez” oyanıb. Azərbaycan xalqı onu oyatmaq üçün çox çalışırdı, lakin buna heç cür nail ola bilmirdi.

Məlum oldu ki, onu Azərbaycan Ordusu yuxudan oyatmalı imiş.

Dünən Avropa İttifaqı Şurasının saytında aşağıdakı məzmunda bəyanat yerləşdirilib: “Avropa İttifaqı hesab edir ki, münaqişə ilə bağlı danışıqlar, onun genişmiqyaslı və davamlı nizamlanmasına, o cümlədən Dağlıq Qarabağın statusuna dair səyləri bərpa etmək lazımdır”.

Statusu xatırlayıblar. Tərpəniblər. Azərbaycan iyirmi səkkiz il ərzində dünya birliyindən, o cümlədən Avropa İttifaqından xahiş edirdi ki, Ermənistandan onun işğal etdiyi ərazilərin azad olunması tələb edilsin, Azərbaycan daim “insan haqlarından” dəm vuran Avropa İttifaqına az qala yalvarırdı ki, öz evlərindən qovulmuş azərbaycanlıların hüquqlarını yada salsın. Avropa İttifaqı başını quma soxaraq yatırdı.

İndi isə, işə baxın, “başıbəlalı”ların hər şeyi itirdiyini anlayanda ayılıb.

Görürsünüzmü, status barədə narahat olublar.

Daha status yoxdur! Olmayacaq! Bu status... özünüz bilirsiniz haraya – cəhənnəmə getdi, Tarixin zibilxanasına getdi!

Azərbaycanın bir sözü var – unitar dövlətin başqa rayonlarının statusu necədirsə, Dağlıq Qarabağın statusu da elə olacaq!

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 

DİGƏR Xəbərlər Arxiv