YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT-nin baş qərargahında “Bakı prosesi” və Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimləri keçiriləcək

Yanvarın 27-də Nyu-Yorkda, BMT-nin baş qərargahında “Bakı prosesi” və Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimləri keçiriləcək.

Tədbirə hazırlıq məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə ABŞ-da BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) mətbuat xidmətinin rəhbəri Nihal Saad ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, V.Eyvazzadə Nihal Saadı Bakıda keçiriləcək Forumun beynəlxalq işçi qrupuna BMTSA-nın nümayəndəsi kimi təyin olunmasına görə təbrik edib. O, bu prosesdə BMTSA ilə nazirliyin əməkdaşlığının daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə həm BMT-də, həm də Bakıda keçiriləcək tədbirlərin Forumun proqramı və hazırda dünyada baş verən hadisələr fonunda aktual məsələlərin bu qlobal platformada müzakirəsi ətrafında fikir mübadiləsi aparılıb.