YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Ermənistan ərazilərimizdə törətdiyi vandalizmə görə cavab verəcək

“30 ilə yaxın müddət ərzində Ermənistan işğal altında saxladığı torpaqlarımızda əsl vandalizm aktı törədib. Ermənistanın işğalçılıq siyasəti nəticəsində təkcə torpaqlarımız işğal edilməyib, eyni zamanda Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə-yeksan edilib, onların bir qismi isə saxtalaşdırılıb.  İnsanların yaşadıqları evlər, sosial və digər infrastrukturlar tamamilə məhv edilib. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi xalqımızın minilliklər ərzində yaşadığı torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olub”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, sentyabrın 27-dən etibarən şanlı Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində torpaqlarımız erməni işğalından azad edildi. Azad edilmiş ərazilərimizdə bütün dünya bir daha erməni vəhşiliyinin şahidi oldu. Onun sözlərinə görə, noyabrın 16-da Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdəki vəziyyətlə əlaqədar fikirlərini ifadə edib. Dövlət başçısının dediyi kimi, biz necə də vəhşi bir düşmənlə üz-üzə olmuşuq.

Deputat onu da qeyd edib ki, Ermənistan Azərbaycan xalqına məxsus tarixi-dini abidələrə qarşı təcavüzünü müxtəlif istiqamətlərdə aparıb. Belə ki, milli mənsubiyyəti və dini ənənələri özündə əks etdirən abidələr tamamilə dağıdılıb və ya özgələşdirilib dəyişdirilməsinə cəhdlər edilib. İşğal altındakı müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət nümunələri dağıdılmaqla yanaşı, həm də təhqir olunub. İşğaldan azad olunmuş ərazilərdəki məscidlərdə donuz, mal-qara saxlanılıb, eyni zamanda, Qafqaz Albaniyasına məxsus məbədlər erməniləşdirilərək qriqoryanlaşdırılıb. Bütün bunlar isə onu göstərir ki, Ermənistanın xalqımızın mədəni-tarixi, dini irsinin məhv edilməsinə yönəlmiş cinayət əməlləri bəşəriyyətə qarşı soyqırımıdır. Bu əməllərinə görə işğalçı Ermənistan beynəlxalq hüquq qarşısında cavab verməlidir və verəcək.

“Cənab Prezidentin dediyi kimi, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş dağıntılar ayrıca qiymətləndiriləcək. Artıq bu istiqamətdə araşdırmalar, hesablamalar başlayıb. Yerli qurumlarla yanaşı, beynəlxalq təşkilatlar da bu prosesə cəlb ediləcək. Ermənistan işğal müddətində törətdiyi vandalism aktları ilə Azərbaycana on milyardlarla dollar həcmində ziyan vurub. Əlbəttə ki, onlar bütün bunlara görə cavab verməli, bu cinayətlərinə görə təzminat ödəməli, məsuliyyət daşımalıdır. Azərbaycan dövləti bunun üçün bütün lazımı addımları atacaq və beynəlxalq məhkəmələrə müraciət edəcək. Ermənistan bütün bu cinayətlərinin hesabını ödəcəyək və dünya ictimaiyyəti bir daha erməni vəhşiliyinin şahidi olacaq”,-deyə, S.Fətəliyeva vurğulayıb.

Millət vəkili qeyd edib ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçirəcək. Bu ərazilərə yeni nəfəs, yeni həyat gələcək.

DİGƏR Xəbərlər Arxiv