YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağdaş rayon təşkilatı partiyanın yaradılmasının 28-ci ildönümü münasibətilə tədbir keçirib

Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatı partiyanın  yaradılmasının 28-ci ildönümü münasibətilə onlayn tədbir keçirib.

Tədbiri YAP Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümü və Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə münasibətilə təbriklərini çatdırıb. Sonra partiyamızın yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolu haqqında ətraflı məlumat verən Cavid Osmanov bildirib ki, 21 noyabr 1992-ci il müasir Azərbaycan tarixinə yazılan tarixi bir gündür. Elə bir gün ki, həmin gündən yenicə dövlət müstəqilliyini qazanmış və böyük faciələrlə üzləşmiş Azərbaycan Respublikasının məhv olunmaqdan qurtulmasının əsası qoyuldu. 1992-1993-cü illərdə AXC-Müsavat cütlüyü ölkənin dərin böhrana düşməsi üçün əlindən gələni etmişdi. İnsanlar birmənalı şəkildə dərk edirdilər ki, Azərbaycanı xilas etməyin yeganə yolu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsidir. Yeni Azərbaycan Partiyası yaranandan sonra Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi insanların bu istəyinin nə dərəcədə uzaqgörən olduğunu təsdiqlədi.

Təşkilat sədrinin sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanın bəlalardan xilas olmasına gətirib çıxardı. Xaos, anarxiya, iqtisadiyyatda tənəzzül aradan qaldırıldı, böyük islahatlar həyata keçirildi, separatizm yerində boğuldu və Azərbaycanın bugünkü inkişafa gəlib çatması üçün əlverişli mühit yarandı.

“Azərbaycan Ulu Öndər Heydər Əliyevin və Prezidentimiz İlham Əliyevin sayəsində bu gün dünya reytinqlərində ən yüksək yerlərdə dayanır. Bu gün insanlarımız sabit, sürətlə inkişaf edən ölkədə yaşamaqdan qürur duyurlar, doğma Azərbaycanımız Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin ilə hər bir azərbaycanlının fəxr edə biləcəyi bir məkana çevrilib. Bu uğurların əsasında xalqa xidmət etmək mədəniyyəti dayanır. Azərbaycan vətəndaşları dərindən inanır ki, bundan sonra da uzun illər Azərbaycanın uğurları Yeni Azərbaycan Partiyası iqtidarı ilə bağlı olacaq. Bunu deməyə əsas verən vətəndaşların partiyamızın Sədri, Prezidentimiz İlham Əliyevə dərin inamıdır. Bu inamı isə sentyabr ayının 27-dən başlayan, tariximizə qızıl hərflərlə yazılacaq İkinci Qarabağ müharibəsində cənab Prezident, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi böyük Qələbə daha da möhkəmləndirdi və əbədi etdi. Heç şübhəsiz, Azərbaycan bu Qələbəni qazanmaqla öz tarixinin qızıl səhifəsini, şərəf və ləyaqət səhifəsini yazdı”,-deyə C.Osmanov vurğulayıb.

Sonra tədbirdə çıxış edən partiya fəalları Şəhla Hacıbalayeva, Afət Ramazanova, Arzu Yaqubov, Ayaz Kərimov, Nizami Nuhov partiyanın yaradılmasının 28-ci ildönümü və qazanılmış Qələbə münasibətilə təbriklərini çatdırıblar.