YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

GUAM-ın baş katibi vəzifəsini Azərbaycandan olan diplomat tutacaq

2015-ci ildə Valeri Çeçelaşvilinin GUAM-ın baş katibi qismində mandatı başa çatır. Bunu cümə günü Trend-ə V.Çeçelaşvili deyib. Onun sözlərinə görə, GUAM-ın baş katibi vəzifəsini Azərbaycandan olan diplomat tutacaq. V.Çeçelaşvili söhbətin kimdən getdiyini açıqlamayıb.

O, qeyd edib ki, azərbaycanlı diplomat layiqli və ciddi insandır: "Onun təkcə öz ölkəsində deyil, həm də regionda böyük hörmət və nüfuzu var. Mən Gürcüstana, çox güman ki, XİN-ə qayıdacağam, lakin bu, hələ təsdiqini tapmayıb".