YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nquyen Kuan Hay: Azərbaycan Ordusu qarşısında duran vəzifələrin öhdəsindən qısa müddətdə gəldi

Vyetnamın tanınmış diplomatı, uzun illər Yaxın Şərq ölkələrində səfir vəzifəsində çalışmış Nquyen Kuan Hay yerli mətbuatda məqalə ilə çıxış edərək, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları bəyanatı Azərbaycanın qələbəsi kimi qiymətləndirib.

Təcrübəli diplomat Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlar nəticəsində Ermənistanın ağır vəziyyətə düşdüyünü, bu ölkənin ordusunun hərbi ruhunun sındığını və işğalçı dövlətin Azərbaycan şərtləri ilə razılaşaraq bəyanata imza atmağa razı olduğunu bildirib.

Məqalədə Vyetnam ictimaiyyətinə həmin bəyanat haqqında ətraflı məlumat verilib.

Münaqişənin tarixinə toxunan Nquyen Kuan Hay 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və digər 7 rayonunun işğal edildiyini bildirib. O, Azərbaycan Ordusunun böyük gücə malik olduğunu və qarşısında duran vəzifələrin öhdəsindən qısa müddətdə gəldiyini diqqətə çatdırıb.