YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamil Ayrım: Azərbaycanın qazandığı Qələbə bölgəyə sülh və rahat həyat gətirəcək

Azərbaycan döyüş meydanında böyük zəfər qazanıb. Bu Qələbə münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, hamını təbrik edir, göstərdiyi siyasi və mənəvi dəstəyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və xalqımıza təşəkkür edirəm.

Bu fikirləri Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım ifadə edib.

Azərbaycanın qazandığı Qələbənin bölgəyə sülh və rahat həyat gətirəcəyinə əminliyini ifadə edən Şamil Ayrım deyib: “İnşallah, bundan sonra Qafqazda fərqli, yeni bir həyat olacaq. İnsanlar gözü yaşlı olmayacaq. Yaşasın Azərbaycan, yaşasın Türkiyə!”