YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Vətən müharibəsinin zəfərlə bitməsi Azərbaycan dövlətinin və xalqının böyük uğurudur

“Azərbaycan xalqı bu günlər tarixinin ən şanlı, ən möhtəşəm və yaddaqalan səhifəsini yazdı. Sentyabrın 27-də işğalçı Ermənistan tərəfindən həyata keçirilən növbəti genişmiqyaslı təxribata cavab olaraq başlanılan Vətən müharibəsi ölkəmizin qələbəsi ilə başa çatdı”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təkilatının sədri, millət vəkili İlham Məmmədov deyib.

Millət vəkili bildirib ki, Vətən müharibəsinin zəfərlə bitməsi Azərbaycan dövlətinin və xalqının böyük uğurudur: “Ölkəmizin bu uğuru, Ordumuzun qazandığı qələbə ilə həm ərazi bütövlüyümüz bərpa olundu, həm də Azərbaycanın dünya birliyindəki mövqeyi daha da güclənmiş oldu. Mən bu uğurun, möhtəşəm qələbənin memarı, Azərbaycanın ərazi bütövlüyünü təmin edən Ali Baş Komandanımızı, ordumuzun hər bir əsgər və zabitini, bütövlükdə xalqımızı təbrik edirəm”.

Yeni Azərbaycan Partiyası Yevlax rayon təkilatının sədri onu da bildirib ki, sentyabrın 27-dən bu günə qədər xalqımız bir yumruq kimi birləşərək öz Prezidentinin və ordusunun dayağı oldu. Bu günlər ərzində siyasi kimliyindən, mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız ümummilli mübarizəmizə, haqq savaşımıza öz töhfəsini verdi. Məhz bunun nəticəsidir ki, düşmən bütün cəbhələrdə acı məğlubiyyətə uğradıldı. Hər kəs Azərbaycan xalqının, dövlətinin gücünü, Azərbaycan ordusunun və hərbi potensialının qüdrətinin gördü.

Millət vəkili qeyd edib ki, Vətən müharibəsi, eyni zamanda, milli birliyimizin gücləndirilməsinə öz töhfəsini vermiş oldu: “Məlum olduğu kimi Vətən müharibəsi getdiyi günlərdə xalqımız, siyasi partiyalar bütün dünyaya Azərbaycan xalqının dəmir iradəsi və qətiyyətini, lazımı anda öz dövləti və Ali Baş Komandanı ətrafında birləşə bilmək əzmini nümayiş etdirdi. Biz haqq, ədalət uğrunda döyüşdük, hüquqlarımızın bərpası üçün mübarizə apardıq və qələbə qazandıq”.