YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Azərbaycanda sosial siyasət uğurla həyata keçirilir

«Azərbaycanda sosial siyasət uğurla həyata keçirilir. Ötən il bu sahədə əldə olunan nəticələr bunu deməyə əsas verir». Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, ötən il inflyasiya cəmi 1,4 faiz səviyyəsində olub. Onun sözlərinə görə,  bu yüksək göstəricidir.

«Əhalinin pul gəlirləri isə 4,8 faiz artıb. Əhalinin pul gəlirləri inflyasiyanı üç dəfədən çox üstələyib. Ümumilikdə isə əhainin rifahı da xeyli yüksəlib. 90 mindən çox ailə dövlətdən ünvanlı sosial yardım alır. Eləcə də,  Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir, işsizlik 5 faizdən aşağıdır. Bütün bunlar uğurlu siyasətin nəticələridir»-deyə, M.Quliyev vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv