YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Dövlətimizin Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlik siyasətinə ictimai dəstəyin təmin edilməsi ən aktual mövzulardan biridir

«Dövlətimizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlik siyasətinə ictimai dəstəyin təmin edilməsi ən aktual mövzulardan biridir». Bu fikri Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, bu məsələ qeyri-hökumət təşkilatlarının gündəmində başlıca yer tutur. Onun sözlərinə görə, xarici ölkə universitetlərində Qarabağ həqiqətlərini özündə əks etdirən guşələrin yaradılması da Şuranın uğurları sırasındadır.

«Qarabağ probleminin həllinə mane olan məsələlər QHT-lər vasitəsilə də dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Ötən il bu yöndə 13 xarici ölkədə 27 layihə icra edilib. Bu layihələr vasitəsilə  Azərbaycan həqiqətləri, mədəniyyəti təbliğ edilib, Xocalı soyqırımı haqqında dünya ictimaiyyəti xarici QHT-lər vasitəsi ilə məlumatlandırılıb. İnanırıq ki, bu istiqamətdəki uğurlarımız ilbə-il artacaq»- deyə, A.Quliyev vurğulayıb.