YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Ukrayna patriarxı Azərbaycan diasporunun rəhbərini ordenlə təltif etdi

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Kiyev və bütün Ukraynanın patriarxı Filaretlı görüşüb.

Trend-in Ukrayna patriarxlığının saytına istinadən verdiyi məlumata görə, görüşdə patriarx Ukrayna provaslav kilsəsinin təsdiqi üzrə Ukraynada mənəviyyatın ifadəsində xidmətlərinə görə Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının rəhbəri E.Məmmədovu ikinci dərəcəli Müqəddəs Apostola bərabər knyaz Böyük Vladimir ordeni ilə mükafatlandırıb.

Patriarxa yüksək təltifə görə minnətdarlığını bildirən E.Məmmədov iki xalq və dövlət arasında sıx dost əlaqələrindən danışıb. Alyansın rəhbəri bildirib ki, Azərbaycan və Ukrayna xalqlarının səmimi, dostluq münasibətləri mövcuddur və bundan sonra bu münasibətlər daha da inkişaf edəcək.

Filaret, öz növbəsində, diaspor rəhbərinə bu çətin dövrdə Ukraynaya fəal dəstəyə görə təşəkkürünü bildirib.

 

DİGƏR Xəbərlər Arxiv