YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“The New York Times”: Hərbi məğlubiyyətlə qarşılaşan Ermənistan Dağlıq Qarabağ müharibəsi üzrə sazişə razılaşdı

ABŞ-da çıxan “The New York Times” qəzetində Azərbaycanın Ermənistan üzərində qələbəyə və atəşkəsə həsr olunmuş məqalə dərc edilib.

Məqalədə Rusiyanın vasitəçiliyi ilə bağlanan sazişdə Azərbaycanın Ermənistan ilə onilliklər boyu danışıqlarda əldə etməyə çalışdığı xeyli güzəştlərə nail olduğu bildirilir.

Bazar ertəsi Ermənistanın baş naziri, döyüş meydanında faktiki məğlubiyyətini etiraf edən Nikol Paşinyan işğal edilmiş ərazilərin qaytarılmasını və digər tələblərini qəbul edərək Dağlıq Qarabağda müharibənin dayandırılması barədə saziş imzalayıb. Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və baş nazir Nikol Paşinyan tərəfindən imzalanan saziş Azərbaycanın Dağlıq Qarabağ regionundan erməni işğalçı qüvvələrinin çıxarılmasını nəzərdə tutur. Məqalədə deyilir ki, atəşkəs barədə Rusiya, Fransa və ABŞ ilə bundan əvvəl bağlanmış üç saziş uğurla nəticələnmədi. Budəfəki saziş isə Cənubi Qafqazda təhlükəsizlik xəritəsinin daha daimi və radikal şəkildə yenidən çəkilməsini nəzərdə tutur. Nizamlanma Azərbaycanın vətən müharibəsində onu dəstəkləyən Türkiyənin regionda rolunu möhkəmlətdi.

Müəllif yazır ki, azərbaycanlılar üçün münaqişənin nizamlanması 1994-cü ildə başa çatan birinci Qarabağ müharibəsi zamanı öz evlərini itirən yüz minlərlə məcburi köçkünün doğma ocaqlarına qayıtmasına şərait yaradır. Sazişin imzalanması elan olunduqdan bir neçə saat sonra Yerevanda Paşinyan rejiminə qarşı etiraz aksiyaları baş qaldırdı. Kütlə hökumətin binasına daxil olaraq, baş nazirin kabinetinin qapısı üzərində Paşinyanın adı yazılan lövhəciyi qoparıb atdı.

Məqalədə qeyd olunur ki, Ermənistan təqribən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən və məcburi köçkünlərin doğma ev-eşiklərinə qayıtmalarını nəzərdə tutan qətnamələrinə məhəl qoymayıb.

DİGƏR Xəbərlər Arxiv