YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Özbəkistan Prezidenti Qarabağda hərbi əməliyyatların dayandırılmasına münasibət bildirib

Noyabrın 10-da Şanxay Əməkdaşlıq Təşkilatı Dövlət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib.

Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə keçirilən iclasda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın işğal olunmuş ərazilərində hərbi əməliyyatların dayandırılmasına münasibət bildirib.

Şavkat Mirziyoyev deyib: “Biz Rusiya Federasiyasının fəal iştirakı ilə Dağlıq Qarabağda və digər münaqişə zonasında tam atəşkəs və hərbi əməliyyatların dayandırılması barədə razılaşmanı dəstəkləyirik”.

O, ümid etdiyini bildirib ki, tezliklə bu regionda dinc həyat və sabitlik bərpa olunacaq.