YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Konqresmeni 20 Yanvar faciəsi ilə bağlı bəyanat verib

ABŞ konqresmeni Cin Qrin 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə Konqresdə bəyanatla çıxış edib. O, 1990-cı il yanvarın 20-də Azərbaycandakı müstəqillik hərəkatını yatırmaq üçün Sovet qoşunlarının Bakıya yeridildiyini və nəticədə böyük faciənin baş verdiyini bildirib. Bəyanatda vurğulanıb ki, Sovet hökuməti tərəfindən həyata keçirilmiş bu kütləvi qətliam Azərbaycan xalqının müstəqillik uğrunda mücadiləsinə daha da təkan verib. Nəticədə Azərbaycan müstəqilliyini əldə edib.
Konqresmen, həmçinin Azərbaycan və ABŞ-ın qarşılıqlı etibar, anlayış və dəstəyə əsaslanan yaxın münasibətlərini təqdir edib. O, Xəzər dənizi regionunda önəmli rola malik Azərbaycana ABŞ-ın davamlı dəstək göstərməsinin əhəmiyyətini vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv