YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası dinc əhalinin atəşə tutulması nəticəsində zərəçəkmiş ailələrə yardım aksiyasını davam etdirir

Yeni Azərbaycan Partiyası “Birlikdə güclüyük” kampaniyası çərçivəsində Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məskənlərimizin və dinc əhalinin atəşə tutulması nəticəsində zərərçəkmiş ailələrə yardım aksiyasını davam etdirir.

Bu gün Yeni Azərbaycan Partiyasının nümayəndələri Bərdə şəhərinə səfər etmiş, erməni silahlı qüvvələrinin təxribatları nəticəsində həlak olmuş vətəndaşlarımızın ailələrini ziyarət etmişlər. YAP-ın təmsilçiləri səfər şərçivəsində şəhərin bombardman edilməsi nəticəsində evləri dağılmış ailələrini də ziyarət etmiş, onların problemləri ilə maraqlanmışlar.