YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan ordusunun məğlubiyyətindən hiddətlənən erməni lobbisi obyektiv informasiyalar yayan KİV-ləri hədəf alıb

Artıq 40 gündən çoxdur ki, bütün dünya ictimaiyyətinin diqqəti Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatına yönəlib. Bu günlər ərzində bəzi ermənipərəst KİV-lərin qərəzli münasibətinin şahidi olduq. Lakin əsl peşəkar və obyektiv yanaşma ortaya qoyan media orqanları da kifayət qədər çoxdur.

Təəssüflər olsun ki, erməni millətçilərinin və erməni terror təşkilatlarının üzvləri belə hallarda yenə də öz ənənələrinə sadiq qalaraq ədalətin tərəfində olan həmin KİV-ləri təhdid edir, bəzən informasiyanı hazırlayan müxbirləri hətta ölümlə hədələyirlər.

Bir müddət əvvəl Fransadakı erməni lobbisinin “TF1” telekanalına qarşı təhdidlərinin və nifrət dolu təhqirlərinin şahidi olmuşduq və bu günlərdə də bu cür hərəkətlər davam etdirilir.

Bir neçə gün əvvəl Prezident İlham Əliyevdən müsahibə almış İtaliyanın “La Repubblica” qəzeti də bu günlərdə erməni lobbisinin və millətçilərin əsassız ittihamları, təhqir və təhdidləri ilə üzləşib. Sosial şəbəkələrdə edilən paylaşımlarında açıq şəkildə nüfuzlu nəşri təhqir edən bu şəxslər saxta iddialarını yenidən gündəmə gətirməyə, Azərbaycanın ədalətli mübarizəsinə kölgə salmağa cəhdlər edirlər.

Ermənistan ordusunun uğursuzluqlarından, bu ölkə hakimiyyətinin yarıtmaz siyasətindən hiddətlənən erməni lobbisi və millətçilər sosial şəbəkələrdə həqiqəti söyləyən xarici KİV-ləri, beynəlxalq təşkilatları təhqir və təhdid etməklə məşğuldurlar. Lakin anlamaq lazımdır ki, artıq hazırkı dünyamızda həqiqəti gizlətmək, kimlərisə uydurma iddialara inandırmaq mümkünsüzdür.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də özünün “Twitter” hesabında “La Repubblica” qəzetinin jurnalisti Peitro Del Renin erməni lobbisinin təhqiramiz hücumuna məruz qaldığını bildirərək yazıb: “Erməni lobbisi tərəfindən jurnalistlərin təhdid edilməsini, azad mediaya, ifadə azadlığına qarşı bu cür hücumları şiddətlə qınayırıq. Biz “Sərhədsiz Reportyorlar”a, ATƏT-in media azadlığı üzrə nümayəndəsinə çağırış edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin obyektiv reallıqlarını işıqlandıran peşəkar jurnalistlərə və mediaya qarşı fiziki, mənəvi təhdidləri, təhqiramiz şəxsi hücumları qınasınlar. İfadə azadlığına hörmət edilməlidir”.

Azərbaycan güclü dövlətdir və qüdrətli ordumuz var. Bu ordu bu gün döyüş meydanında illərdir işğal altından saxlanılan torpaqlarını azad edir. Bunu isə bu gün bütün dünya bilir və qəbul edir.