YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım Şəhidlər xiyabanını və şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib

Azərbaycanda səfərdə olan Türkiyə Cümhuriyyətinin sabiq  Baş naziri Binəli Yıldırım noyabrın 3-də Şəhidlər xiyabanını ziyarət edib.

Şəhidlər xiyabanına gələn qonaq ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, onların məzarlarının üzərinə və “Əbədi məşəl” abidəsinin önünə gül düzüb.

Sonra Türkiyənin sabiq Baş naziri Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə əklil qoyub, şəhidlik kitabının üstünə gül dəstələri düzüb.