YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Erməni vandalları Şuşanı işğal edərkən muzeyləri talan edib, yüzlərlə tarixi-mədəniyyət abidəsini dağıdıblar

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri,

YAP İdarə Heyətinin üzvü

Bildiyiniz kimi Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçmiş, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynamışdır.

Erməni vandalları Şuşanın işğalı vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan elədilər, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtdılar, məbədgah və məscidləri təhqirlərə məruz qoydular, çox sayda nadir əlyazma nümunələrini məhv etdilər, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərdilər. 

Şuşa meşələrinin yandırılması erməni xislətinin nə qədər qorxunc və dəyişməz olduğunu göstərir. Işğaldan azad edilən rayonlarımızda aparılan ilkin müşahidələr göstərir ki, ermənilər bunca illər ərzində mədəni-tarixi abidələrimizi söküb aparıb və ya yararsız vəziyyətə salıblar. Bəzi tarixi abidələrin üzərində bəzi dəyişikliklər edərək Ermənistan ərazisində müxtəlif yerlərdə yerləşdiriblər və bunları qədim erməni abidələri kimi təqdim etməyə çalışırlar. Nadir ağac və kol bitkilərini məhv edən ermənilər, tərk etmək məcburiyyətində qaldıqları yerlərdə yanğınlar, dağıntılar törədir, orada viranəliklər yaradırlar.

Ermənilər yaxşı başa düşür ki, Şuşanı da, Xankəndini də işğalda saxlaya bilməyəcklər və Azərbaycan ordusu bu şəhərləri də azad edəcək. Ona görə də onlar Şuşa meşələrində yanğınlar törədir, bu yerləri tərk etmək ərəfəsində son pisliklərini etmək, son ziyanlarını vurmaq istəyirlər. Ordumuza gücü çatmayan düşmən ağaclara qarşı “güc nümayiş etdirir”.

Ali Baş Komandanımız vurğuladığı kimi: "Yeni zəfər müjdələrinə doğru uğurla irəliləyirik. Son əks-hücum əməliyyatlarının nəticələri Azərbaycan Ordusunun əməliyyatının daha da uğurlu olmasına şərait yaradır. Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar"

İnşallah, Azərbaycan yaxın günlərdə Şuşanı və digər yaşayış məntəqələrini də azad edəcək, bununla da dövlətimizin ərazi bütövlüyü tam şəkildə təmin olunacaq.