YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Bu gün bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının, tarixi dostluğunun bir daha şahidi olur

“Ümummilli Liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı Azərbaycan və Türkiyədə dillər əzbəridir. İndiki vəziyyətdə bu deyim xüsusi əhəmiyyət kəsb edir”. Bu fikirləri Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Türkiyənin sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binali Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti ilə bu gün görüşü zamanı deyib.

Əli Əhmədov bildirib ki, bu gün bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının, tarixi dostluğunun bir daha şahidi olur. Xüsusilə, indiki dövrdə Türkiyənin Azərbaycanın yanında olması, haqq savaşımızı dəstəkləməsi tarixdən gələn qardaşlığımızın və dostluğumuzun ən bariz ifadəsidir.

YAP Sədrinin müavini diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətləri bütövlükdə hər iki ölkənin əlaqələrinin inkişafında mühüm rol oynayır. 

“Bütün dünya bu gün haqq mübarizəsi aparan Azərbaycanın yanında Türkiyə kimi böyük dövlətin olduğunu görür və bu fakt həmçinin dünyaya bir mesajdır. Türkiyə Prezidentinin, dövlət rəsmilərinin, bütün türk cəmiyyətinin bizə verdiyi mənəvi və siyasi dəstək Azərbaycanın gücünü və qüdrətini daha da artırır. Hesab edirəm ki, sizin bu səfəriniz də Azərbaycan-Türkiyə qardaşlığının bariz ifadəsidirsə, digər tərəfdən Türkiyənin 27 sentyabrdan indiyə kimi ölkəmizə ifadə etdiyi dəstəyin əyani göstəricisidir. Buna görə Azərbaycan xalqı bu dəstəyi çox yüksək qiymətləndirir”-deyə, Əli Əhmədov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv