YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Goranboy rayon təşkilatı Gənclər Birliyi COVID-19 pandemiyası ilə mübarizə məqsədilə maarifləndirmə işləri aparır

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının Gənclər Birliyinin fəal üzvlərinin iştirakı ilə rayon ərazisində COVID-19 pandemiyası ilə mübarizə məqsədilə maarifləndirmə işləri aparılır.

Gənclər  koronavirusa qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri bir daha sakinlərin diqqətinə çatdırıblar. Onlar əhalinin sağlamlığının qorunması baxımından tibbi maskalardan istifadə etməyin və sosial məsafənin qorunmasının zəruriliyini xatırladıb, insanları  qaydalara əməl etməyə çağırıblar.