YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya XİN: Münaqişənin Ermənistanda deyil, Qarabağda getdiyi vaxt KTMT-nin köməyindən danışmaq düzgün deyil

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdafiə potensialının işə salınması barədə danışmaq düzgün deyil.

Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib. /Trend/

O bildirib ki, münaqişə Ermənistan ərazisinə keçməyib: "Ermənistandan rəsmi müraciət daxil olmayıb. KTMT öz üzv dövlətlərinə müəyyən vəziyyətlərdə, açıq-aşkar aqressiya olarsa, kömək edir. Münaqişənin Ermənistanda deyil, Qarabağda getdiyi vaxtda KTMT-nin köməyindən danışmaq düzgün deyil".