YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Azərbaycan gəncləri daim Vətənimiz uğrunda mübarizə aparmağa və canlarından keçməyə hazırdırlar

«20 Yanvar faciəsindən illər ötsə də, xalqımızın yaddaşından heç zaman silinməyəcək. Çünki bu, istiqlal mübarizəmizin tarixidir». Bu fikirləri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, 25 il öncə baş verən bu hadisələrdə gənclər ön sıralarda olub. Onun sözlərinə görə, bu amil Azərbaycan gəncliyinin hər zaman proseslərin önündə getdiyini təsdiqləyir.

«20 Yanvar hadisələri zamanı Azərbaycan gənclərinin mütləq əksəriyyəti öz etiraz səsini  ucaldıb və sovet qoşunlarının üzərinə əliyalın gedib. Biz Şəhidlər xiyabanını ziyarət edərkən bu müqəddəs məkanda uyuyan insanların əksəriyyətinin də gənc olduğunu görürük. Bütün bunlar onu göstərir ki, Azərbaycan gəncləri Vətənimiz uğrunda daim mübarizə aparmağa və canlarından keçməyə hazırdırlar. Bu gün müstəqil Azərbaycanımızla qürur duyuruq. Bu dövlət etibarlı əllərdədir və gənclərimiz ölkə Prezidentinin ətrafında sıx birləşiblər»- deyə, S.Orucov vurğulayıb.