YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyində 20 Yanvar hadisələrinin 25-ci ildönümü yad edilmişdir

Yanvarın 19-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində  20 Yanvar  hadisələrinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə 20 Yanvar hadisələrinin canlı şahidi olmuş Yeni Azərbaycan Partiyasinın İdarə Heyətinin üzvü, YAP İcra katibliyinin müşaviri Kərim Kərimov qonaq qismində iştirak etmişdir. Kərim Kərimov gənclərə 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik əzmini sarsıtmaq üçün törədilən bir faciə olduğunu qeyd etmişdir.

Sonra gənclərə 20 Yanvar hadisələrini özündə əks etdirən video çarx nümayiş olunmuşdur. Video çarxın nümayişindən sonra tədbirdə iştirak edən gənclər faciə barədə fikirlərini səsləndirdilər.

Daha sonra tədbir diskussiya formatında davam etmişdir.

 

 

 

 

DİGƏR Partiya xəbərləri Arxiv