YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Bu Fərman həm sənədsiz evlərin qeydiyyata alınması, həm də təhlükəli ərazilərdə yaşayan vətəndaşlarla bağlı qərar verməyə imkan verəcək

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı qeydiyyat məsələlərin həllində vacib rol oynayacaq. Bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, məsələ ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Fərman böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu sənəd nəticəsində qeydiyyatsız evlərə mülkiyyət hüququ veriləcək.

«Bununla da, əhalinin çoxdan gözlədiyi ciddi bir məsələnin həlli  istiqamətində vacib bir addım atıldı. Xatırladım ki, sənədsiz evlərin qeydiyyat məsələsi uzun müddətdir müzakirə mövzusudur, bununla bağlı indiyə qədər müxtəlif təkliflər verilib. Bu Fərman həm sənədsiz evlərin qeydiyyata alınması, həm də təhlükəli ərazilərdə yaşayan vətəndaşlarla bağlı qərar verməyə imkan verəcək»- deyə T.Rzayev qeyd edib.