YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mustafa Şentop: Terroru dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistan böyük təhlükə mənbəyidir

Türkiyə ilə Azərbaycan arasında dünyada bənzəri olmayan dostluq və qardaşlıq münasibətləri mövcuddur.

Bu sözləri Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop oktyabrın 20-də Milli Məclisin iclasındakı çıxışında bildirib.

Mustafa Şentop qeyd edib ki, illərdən bəri işğal edilmiş torpaqlardan geri çəkilməyən, terroru dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistan böyük təhlükədir. Moskvada humanitar atəşkəs razılaşması əldə ediləndən sonra quldur Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutmağa başladı. Ermənistan bütün region üçün təhlükə mənbəyidir. Beynəlxalq ictimaiyyət quldur Ermənistanı dayandırmalıdır.