YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Meteoroloji müşahidələr tarixində 2014-cü il dünyanın ən isti ili olub

Meteoroloji müşahidələr tarixində ötən il dünyanın ən isti ili olub.
Ötən il su və havanın orta temperaturu müntəzəm meteoroloji qeydlərin aparıldığı 1880-ci ildən bəri ən yüksək həddə olub. Bu barədə NASA və Milli Okean və Atmosfer Administrasiyasının hesabatında bildirib.
Rekord temperatur bir çox Avropa ölkələrində, eləcə də Avstraliya və ABŞ-da qeydə alınıb. Ümumdünya Meteorologiya Təşkilatının nümayəndələri bildiriblər ki, 2014-cü ilin yanvar-oktyabr aylarında planetdə havanın temperaturu orta göstəricidən 0,57 dərəcə yüksək olub.