YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin Milli Müdafiə Nazirliyi: Qardaş Azərbaycan Ermənistanın bu alçaqlığına cavabı cəbhədə verir

Cəbhə xəttində qəhrəman Azərbaycan Ordusunun qabağından qaçan Ermənistan bir daha namərdcəsinə və qorxaraq Gəncədə yaşayış yerlərinə raket zərbələri endirib.

Bu sözlər Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsində yer alıb.

“Qardaş Azərbaycan bu alçaqlığa cavabı cəbhədə verir”, - deyə qeyd olunub.