YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransanın tədqiqat mərkəzi: Azərbaycanda münaqişənin qurbanları mülki əhalidir

Humanitar atəşkəs razılaşmasına baxmayaraq, Ermənistan Azərbaycanın ikinci böyük şəhəri Gəncəni uzaqmənzilli raketlər vasitəsilə atəşə tutub.

Bu barədə Fransanın nüfuzlu beyin mərkəzi “The Globql Future College”nin saytında dərc olunmuş “Azərbaycan: münaqişənin qurbanları mülki əhalidir” sərlövhəli məqalədə bildirilib.

Qeyd olunub ki, Ermənistanın döyüşlərin getdiyi Qarabağ bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhərini bombardman etməsi nəticəsində 10 mülki şəxs həlak olub, 34 nəfər isə yaralanıb.

Diqqətə çatdırılıb ki, sentyabrın 27-dən başlayan döyüşlər zamanı Ermənistan tərəfi ölkəmizin Mingəçevir, Yevlax, Bərdə kimi şəhərlərinə də raket zərbələri endirib.

Ermənistan ərazisindən Azərbaycan şəhərlərinə raket hücumları edilməsinin əsas məqsədi Azərbaycanı eyni tərzdə cavab verməyə təhrik etmək, beləliklə, münaqişəyə üçüncü ölkələri cəlb etməkdir. Ermənistanın məqsədi münaqişəni beynəlmiləlləşdirməkdir.