YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Ermənistanın Moskva anlaşmasını pozması onların niyyətinin vaxt qazanmaq olduğunu göstərir

Biz otuz il gözləmişik. Artıq Azərbaycan xalqının səbri tükənib. Əgər danışıqlar bərpa edilərsə, əminəm ki, bu təqvim bizə veriləcək. Ancaq Ermənistanın bu anlaşmanı, bu açıqlamanı pozması göstərir ki, onların niyyəti sadəcə olaraq vaxt qazanmaq və Azərbaycana öz hücumunu davam etdirməkdir.

Prezident İlham Əliyev bu fikri “Haber Türk” televiziya kanalına müsahibəsində Moskva anlaşmasının mahiyyətini və Ermənistanın niyyətlərini şərh edərkən söyləyib.

Moskva anlaşmasında Azərbaycanı qane edən məqamlar barədə danışan dövlətimizin başçısı deyib: “Bizim maraqlarımıza cavab verən maddələr bizi təmin etdi. Onu da bildirməliyəm ki, Moskva müzakirələrinin uzun çəkməsinin səbəbi o idi ki, bizim üçün məqbul olmayan bəzi maddələr o açıqlamaya salınmalı idi. Bizim bundan xəbərimiz yox idi. Bizim Xarici İşlər nazirimiz Moskvaya gələndə və artıq müzakirə masasına əyləşəndə hər iki nazirə təkliflər verildi. Təbii ki, mənimlə əlaqə saxlanıldı və biz müntəzəm olaraq əlaqədə idik. Mən bizim şərtlərimizi demişdim və o şərtlərdən kənarda hər hansı bir razılaşma mümkün deyildi”.