YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Məmmədov: Türkiyənin münaqişənin tənzimlənməsində fəal rol oynaması xüsusi əhəmiyyət daşıyır

“Təəssüflə qeyd etməliyik ki, tərəflər arasında razılıq əldə olunmasına baxmayaraq Ermənistanın təxribatları səbəbindən Azərbaycan Ermənistan arasında real atəşkəs baş vermədi. Bu məsələdə məsuliyyəti birbaşa Ermənistan tərəfi daşıyır. Ermənistan hökuməti öz ənənələrinə sadiq qalaraq Moskvada baş vermiş danışıqlara əməl etmədi. Ermənistan baş nazirinin göstərişi ilə davamlı olaraq mülki əhalini atəşə tutdu. Bu bir daha təsdiq etdi ki, Ermənistan dövləti faşist və terror dövlətidir. Gəncənin atəşə tutulması, mülki əhalinin, uşaqların qətl edilməsi bunu bir daha sübut etdi. Azərbaycan isə ilk gündən atəşkəsə əməl etdi. Bu isə Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə əməl etdiyin bir daha təsdiq etdi. Azərbaycan ciddi dövlətdir və verdiyi sözə əməl edir”. Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Ceyhun Məmmədov bildirib ki, son günlər baş verənlər bir daha Ermənistanın danışıqlar prosesində maraqlı olmadığını, təxribatçı əməllərə davam etdiyin göstərdi. Dünya ictimaiyyəti bir daha Ermənistanın sülh istəmədiyinin şahidi oldu.
Burada bir neçə məqama xüsusi diqqət yetriməliyik. Moskvada imzalanmış sənəddə əksini tapan müvəqqəti xarakter daşıyan humanitar atəşkəs sülh sazişi deyil. Bu humanitar məqsədli atəşkəsdir. Münaqişənin tənzimlənməsi ilə bağlı Azərbaycanın mövqeyi ondan ibarətdir ki, imzalanmış bəyannaməyə görə münaqişənin həlli üzrə baza prinsiplər mütləq olaraq nəzərə alınmalıdır. Bu prinsiplər isə Azərbaycanın maraqlarına cavab verir. Odur ki, Ermənistanın silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxırmalıdır.
Millət vəkilinin sözlərinə görə, digər vacib bir məqam isə danışıqların formatını dəyişdirmək arzusunda olan rəsmi Yerevan öz məqsədinə nail ola bilmədi. Həmçinin, status-kvonun dəyişilməsi münaqişədə əldə etdiyimiz növbəti uğurdur. Statusk-kvonun dəyişdirilməsi münaqişədə yeni reallıq yaradır. Ermənistan silahlı qüvvələrin öz mövqelərindən geri çəkilməsi rəsmi Yerevanın geri çəkilməsi deməkdir. Moskva danışıqlarının nəticəsi Azərbaycanın növbəti ciddi uğurudur.

“Azərbaycanın mübarizəsi haqq mübarizəsidir və Azərbaycan torpaqlarının işğalı ilə barışmayacaq heç zaman. Bu gün Azərbaycan ordusu dünyanın 50 güclü ordusu sırasındadır. Azərbaycan ordusu qısa bir müddətdə torpaqlarımızı işğaldan azad etməyə qadir olduğunu göstərdi. Onu da xüsusi qeyd etməliyik ki, Azərbaycan mülki əhal ilə mübarizə aparmır. Əsas hədəf işğala son qoymaqdır. Bütün əsas strateji əhəmiyyət kəsb edən yüksəkliklərin əldə olunması xalqımızın böyük qələbəsini daha da yaxınlaşdırır. Qısa müddətdə bütün torpaqlarımızın işğaldan azad olunmasına şərait yaradacaq. Azərbaycan xalqı qısa müddətdə Dağlıq Qarabağda sülhü bərpa edəck. İşğaldan azad olunacaq bütün torpaqlarda həyat ğöz axarına qayıdacaq. Lazımi infrastruktur yaradılacaq və normal həyat yaşanacaqdır. Azərbaycan bu sahədə böyük təcrübəyə malikdir. Azərbaycan dövləti qısa müddətdə Cocuq Mərcanlıda təmir və bərpa işlərini həyata keçirdi. Onu da qeyd etməliyik ki, son proseslərdə Azərbaycanın haqq mövqeyini əsas dəstəkləyən ölkələrdən biri Türkiyə oldu. İlk gündən Azərbaycana siyasi və mənəvi dəstəyini əsirgəmədi. Münaqişənin həlli istiqamətində səylərini artırdı. Bu baxımdan Türkiyənin münaqişənin tənzimlənməsində fəal rol oynaması xüsusi əhəmiyyət daşıyır. Türkiyənin buna tam haqqı var”-deyə, deputat söyləyib.